28 Oktyabr 2015 14:49
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda evləri qarət edən iki qadın həbs edilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəcib Mənsimovun evindən 2110 manat oğurlayan Yevlax şəhər sakinləri Sona Mahmudova və Pərvanə Nadirova saxlanılıblar.

Aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 16-da Rasim Kərimovun yaşadığı Atakişili kəndindəki evdən 100 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: