Masallı rayonunda yanacaqdoldurma məntəqəsinin işçisinə saxta əskinas verən şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov