24 Dekabr 2015 09:25
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda, Ağcəbədi-Zərdab yolunun 7-ci kilometrliyində "Saipa" markalı minik avtomobili ilə “MTD” markalı traktor toqquşub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilində olan sərnişin, 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Müəllif: