Bakının Sabunçu rayonunda 18 yaşlı qız oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü L. İ. Dekabrın 28-də, saat 15.00-da qaçırılıb.
Qızın atası Q. İ. Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı evlənmək məqsədilə Elşən adlı şəxsə qoşularaq qaçıb. O, qızını axtarsa da, tapa bilmədiyini deyib. Ata qızının tapılmasını polis əməkdalarından istəyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov