15 Yanvar 2016 13:24
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk olaraq 2009-2013 -cü illərdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində çalışmış Hafiz Əliyev ifadə verib:B “Hal-hazırda Naxçıvan qarnizonun xidmət rəisiyəm. Mehman Səlimov tikinti işləri dövründə tanış olmuşuq. Bilirdim ki, keçmişdə nazir müavinimiz olub. O zaman sifarişçi kimi iki bina, yeməkxana, qazanxana tikdirirdik. İşlər danışdığımız vaxtdan keçmişdi. Yazılı və şifahi cəhətdən Mehman müəllimə bu barədə iradımızı bildirmişdik. Bir neçə də müqavilə təzələmişik. Məsələ ilə sabiq nazir Səfər Əbiyevə də məruzə eləmişəm. Səfər Əbiyevin Mehman Səlimovla şəxsi münasibəti olduğu üçün ona güzəştə gedirdi. Mehman Səlimovun işləri gecikdirməsində həm üzrlü həm də üzrsüz səbəblər var. Mən özünə dəfələrlə demişəm ki işçiləri dəyişsin. Ona daha peşəkar mütəxəsislərlə çalışmağı məsləhət görürdüm. İşlər əlaqədar Mehman Səlimova artıq pul ödənilməyib. Onun həmin məbləği mənimsədiyini deyə bilmərəm”.

Daha sonra şahid qismində 2009-2013-cü illərdə Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin rəisi olmuş Elçin Mehdiyev ifadə verib.

Məhkəmə prosesi yanvarın 22-i davam edəcək.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: