Bakının Nəsimi rayonu ərazisində quldurluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Zemfira Quliyevaya zor tətbiq edib.
Həmin şəxs Zemfira Quliyevanın içərisində 38 manat və 2 ədəd mobil telefon kartı olan pul kisəsini alıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini Ramil Səfərov tutulub.
Hacı Zeynalov