Salyan rayonunda 27 yaşlı oğlan özünü öldürmək istəyib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçala kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü Fariz Məmmədov intihar etmək məqsədilə özünü asıb. Amma Fariz Məmmədov ailə üzvləri tərəfindən son anda xilas edilib. 27 yaşlı oğlanın boğazında olan ipi anası kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fariz Məmmədov koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov