Hacıqabul rayonunda silah-sursatın tapılması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasov tutulub.
Mübariz Abbasovdan “AK” markalı avtomat, patron darağı və 12 ədəd patron götürülüb.
Hacı Zeynalov