Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kafenin məişət əşyaları 23 kv.m sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.