Gecə saatlarında Bakıda mənzildə baş vermiş yanğın zamanı bir nəfər yanaraq ölüb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğndan mühafizə olunub.
Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.