Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 1968- ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rüzgar Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rüzgar Ağalarov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov