8 Mart 2016 20:01
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada daha öncə qarət edilən mağaza yenidən soyulub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağstafada oğurluq hadisəsi baş verib. Qarətçilərin hədəfi təxminən bir ay öncə talayıb, 300 manata yaxın nağd pul və xeyli ərzaq malları götürdükləri Ağstafanın Poylu kəndində yerləşən Oqtay Osmanovun işlətdiyi market olub.

Gecə saatlarında obyektə arxa hissədən dəmir barmaqlıqları qoparıb, pəncərəni sındırmaqla daxil olan oğrular oradan 500 manat dəyərində tütün, içki məmulatları oğrulayıblar. Marketin anbarına daxil olub qənimətləri götürən cinayətkarlar avtomobillə ərazidən uzaqlaşıblar.

Ümumiyyələ son 2 ayda Poylu kəndində 10-a yaxın market yarılıb.


Müəllif:

Oxşar xəbərlər