Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq hadisəsi törətməkdə təqsirli bilinən Elgiz Cəfərli, Elfan Əliyev və İsmayıl İmanverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 15-də Bakının Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və iyulun 16-da orada ölmüş şəxsin Şabran rayon sakini Rövşən Əyyubov olması müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölmədi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtət rayon sakini İsmayıl İmanverdiyev tutulublar.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elgiz Cəfərli 18 il 6 ay, Elfan Əliyev 8 ay, İsmayıl İmanverdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov