Bakıdan qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan qrup zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, mütəşəkkil dəstənin tutulması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçirib.
Dəstənin bacısı Astara rayon sakini, 1981-ci il təvəllüdlü Şəmisiyyə Əliyevadır. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmsiyyə Əliyeva həbs edilib.
Şəmsiyyə Əliyevanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Çanaqqala şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov