Bakının Suraxanı rayonunda ödəmə terminalından oğurluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Röyal Səfərov, Sərxan Hüseynov və Tamraz Teymurov tutulublar.
Onlar martın 18-də Bakı şəhər sakini Fəxrəddin Həsənova məxsus mağazada quraşdırılmış “Milli ön” ödəmə terminalından 788 manat oğurlamaqda şübhəli biliniblər.
Hacı Zeynalov