Bakının Səbail rayonunda gecə klublarından birində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun N.Rəfibəyli küçəsi, 19 ünvanında yerləşən gecə klubunda qeydə alınıb.
Gecə klubuna əylənməyə gələn Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Sərxan İsmayılov cinayətlə üzləşib. Onun masanın üzərinə qoyduğu mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Sərxan İsmayılov oğurluq hadisəsinin baş verməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov