Gəncə şəhərində radikal dini təriqətə məxsus şəxsin evində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat Gəncə şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov