Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Rəşad Quliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rəşad Quliyev Bakının 20 Yanvar metro stansiyasının yaxınlığında Samirə (ad şərti verilib) ilə tanış olub. O, qızla bir müddət telefonla əlaqə saxlayıb. İttihama görə, o, daha sonra Samirə ilə cinsi əlaqədə olub.
Bildirilir ki, bu hadisədən sonra qız Rəşadla telefonda danışarkən anası tutub. Qızın anası kiminlə danışdığını soruşub. Samirə Rəşad adlı oğlanla telefonda danışdığını, onunla intim əlaqədə olduğunu deyib. Samirənin anası qızının Rəşad Quliyev tərəfindən zorlaması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Rəşad Quliyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsı zorlama) maddəsi ilə cinayət işi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Quliyevin ittiham olunduğu maddə dəyişdirilib.
Məhkəmə Rəşad Quliyevin əməlini Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsüf edilib.
Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəşad Quliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Rəşad Quliyevin cəzasının ağırlaşdırılmasını tələb edib.
Tərəflərin apelyasiya şikayəti hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası Rəşad Quliyevin apelyasiya şikayəti təmin edilib. Məhkəmə onun cinayətini sübuta yetirməyib və barəsində bəraət hökmü çıxarıb.
Baş Prokurorluğun protesti təmin edilməyib.
Hacı Zeynalov