23 Aprel 2016 09:10
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə qəza baş verib, bir nəfər yaralanılb.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai Prospektində baş verib.

Gəncə şəhər sakini 33 yaşlı Anar Əhmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobili işıqforda dayanan "Kamaz" markalı avtomobilə çırpılıb, nəticədə Əhmədov yaralanıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yradım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər Anar Əhmədova qarın boşluğu orqanlarının travması diaqnozu qoyub və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşıdırma aparılır.


Müəllif: