Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 5 km aralıda nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının qayıqdan suya düşməsi barədə məlumat daxil olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və azyaşlını sudan çıxararaq aidiyyati üzrə təhvil verilib.
Əməliyyat saat 12:30-da başa çatıb.