Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 41 yaşlı Zaur Məmmədov bıçaqla boğaz nahiyəsinə xəsarət yetirib. Onu qan içində evdə ailə üzvləri aşkarlayıb. Zaur Məmmədov təcili Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Vəziyyəti ağır olduğu üçün Zaur Məmmədovu dindirmək mümkün olmayıb.
Bu səbəbdən də Zaur Məmmədovun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov