Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb.
Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi “Daewoo” markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Arif Ziyadovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov