2 İyun 2016 10:57
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin 12 may 2016-cı il tarixli "Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamına uyğun olaraq hər bir özəl telekanala 333 333 manat ödəniləcək.

Bu barədə "Report"a Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun sözlərinə görə, vəsaitin telekanalların hesablarına bu ay köçürülməsi gözlənilir: "Vəsait telekanallara müqavilələr imzalandıqdan sonra köçürüləcək. MTRŞ müqavilələri telekanallara təqdim edib. Hələ ki, heç bir TV müqaviləni imzalamayıb. Müqavilələr imzalanarsa, vəsait bu ay köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər bölünüb.


Müəllif:

Oxşar xəbərlər