Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən Bəxşiş Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxşiş Əliyev həbs edilib.
Bəxşiş Əliyevdən 3 kiloqram 850 qram marixuana götürülüb.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəxşiş Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov