Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ziyad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ziyad Babayevin dələduzluq etməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə şikayət daxil olub. Şikayət əsasında polisin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ziyad Babayev saxlanılıb.
Ziyad Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ziyad Babayev 9 il azadlıqdan məhrum edilib.
Hacı Zeynalov