19 May 2014 13:36
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün və sabah Moskva şəhərində Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi keçiriləcək.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfdən isə Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiya üzrə xüsusi nümayəndəsi, Xəzər dənizinin hüquqi statusu üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikovun iştirakı nəzərdə tutulub.

Səxavət


Müəllif: