17 Mart 2015 12:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşı qətlə yetirməkdə təqsirli bilinən Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 31-ə təyin edilib.

Eldar Hüseynov ötən ilin mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırıb. Xaron Şahiyevin meyiti eksqumasiya edilib.

Xaron Şahiyev çeçen olub.

Hacı Zeynalov


Müəllif: