20 Sentyabr 2016 19:59
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda digər fəxri adlarla yanaşı, əməkdar artist adı alan sənət adamları da var. Əməkdar artist fəxri adına layiq görülənlər isə Nizami Abdullayev, Aybəniz Bağırova, Vasif Cəfərov, Nurlan Növrəslidir.

Musavat.com saytının əməkdaşı fəxri ad alması münasibəti ilə müğənni Nurlan Növrəsli ilə əlaqə saxlayıb.

İfaçı bildirib ki, fəxri ad alması onun üçün gözlənilməz olub: “İlk öncə prezidentimiz İlham Əliyevə təşəkkür edirəm ki, məni “Əməkdar artist” adına layiq görüb. Dünəndən dost-tanış zəng edib, təbriklərini çatdırır. Fəxri ad almağımı saytlardan oxudum, gözlənilməz oldu. Əslində, hər bir sənət adamı üçün fəxrdir ki, zəhməti qiymətləndirilir. Bizim üçün dəyərdən yüksək nə ola bilər? Ailəm də bu xəbəri sevinclə qarşıladı. Bir daha başda prezidentimiz olmaqla, hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, N.Növrəsli “Azəristar” yarışmasının finalçısı, 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX populyar mahnı müsabiqəsinin laureatı, I yerin sahibi olub.


Müəllif: