Gənc Tamaşaçılar Teatrının “Sözsüz” tamaşası Litvada mükafata layiq görülüb.
Teleqraf.com xəbər verir ki, tamaşa oktyabr ayının 11-dən 17-dək davam edən “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib. Beləki Şövqi Hüseynovun oynadığı tamaşa festivalın xüsusi diplomuna və mükafatına layiq görülüb.
Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçısı əməkdar artist Şövqi Hüseynovdur.
Festivalda 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya və Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.
Nərmin