Son əsrdə kino sənəti ilə bağlı ən müxtəlif proqnoz və rəylər yayılıb. Bir vaxtlar deyirdilər ki, kabel televiziyaları və internet videoları kinoteatrlara gedənlərin sayını azaldacaq və beləliklə ənənəvi kino sıradan çıxacaq.
Əslində biz nəyi klassika adlandıra bilərik? Bəzi kino jurnalistləri yazırlar ki, yeni kinematoqrafda baş qəhrəmanlar artıq heç bir rol oynamırlar.
Amma görünür problem kino ulduzlarında yox, bizim özümüzdədir. Əgər siz blokbaster dənizində şah əsər tapa bilmirsinizsə, deməli yaxşı axtarmırsınız. Bu gün istər son dərəcə baha, istərsə də ucuza başa gələn filmlər ya video, ya da sellulid üzərində çəkilir, amma sənət baxımından da inkişafdadır. Sadəcə olaraq bu gün çəkilən filmlərin çeşidi son dərəcə genişdir...
Məhz buna görə də BBC Culture-ın redaktorları 21-ci əsrin ən möhtəşəm 100 filminin müəyyən edilməsi üçün rəy sorğusu sifariş edib. Ötən il BBC kino tənqidçilərindən, indiyədək yaradılmış Amerika filmlərinin ən yaxşılarını sadalamağı xahiş etmişdi. 2000-ci ildən bu yana çəkilən filmlərdən yalnız 6-sının 100-lüyə düşməsi təəccübümüzə səbəb olmuşdu. Onda belə çıxır ki, adamlar klassik filmlərə meyllidirlər? Bəlkə də. Bu dəfə əsrin 100 filmi sorğusunu təşkil etməklə BBC nümayiş etdirmək istəyir ki, yeni filmlər də dəyərlidir, sadəcə olaraq onlara imkan verilməli və baxılmalıdır.
Amerikanın ən yaxşı 100 filmi üçün dünya boyunca 62 kino tənqidçisi arasında sorğu keçirtmişdik. Bu dəfə biz Antarktidanı çıxmaq şərtilə bütün qitələrdən olan 177 kino tənqidçisini cəlb etmişik. Onlardan bəziləri kino barədə qəzet və jurnallar, digərləri isə internet üçün yazırlar. Onların arasında alimlər və kuratorlar da var. Bu sorğuya dair bizim qəbul etdiyimiz qərar belədir ki, bura 2000-ci ildə çəkilmiş filmləri də daxil etmişik, hərçənd əsr rəsmən 2001-dən sayılır. Çünki biz 1999-cu ilin 31 dekabrında təkcə minilliyin gəlişini bayram etməmişdik, həm də 2000-ci il qlobal kinematoqrafda əlamətdar olmuşdu. Bu həmin il idi ki, biz Asiyada əvvəllər görünməmiş şəkildə yeni klassik filmlərin yarandığını müşahidə etmişdik.
Biz inanırıq ki, bu siyasıdakı bəzi yeni klassik filmlər köhnə klassikaya çevriləcək. Bunun baş verməsi isə siz kinoteatr tamaşaçılarından asılı olacaq. Lakin bir şey dəqiqdir: Kinematoqrafiya ölmür, o sadəcə olaraq təkamüldədir".
100. Toni Erdmann (Maren Ade, 2016)
99. Striptizçilər və mən (The Gleaners and I - Agnès Varda, 2000)
98. On (Ten - Abbas Kiarostami, 2002)
97. Ağ material (White Material - Claire Denis, 2009)
96. Nemonu tapmaq (Finding Nemo - Andrew Stanton, 2003)
95. Bədirlənmiş ay səltənəti (Moonrise Kingdom - Wes Anderson, 2012)
94. Aç qapını, mən gəlim (Let the Right One In - Tomas Alfredson, 2008)
93. Ratatuy (Ratatouille - Brad Bird, 2007)
92. Qorxaq Robert Ford Jesse James-i necə öldürdü (The Assassination of Jesse James by the Coward Robert Ford - Andrew Dominik, 2007)
91. Gözlərdəki sirr (The Secret in Their Eyes - Juan José Campanella, 2009)
90. Pianoçu (The Pianist - Roman Polanski, 2002)
89. Başsız qadın (The Headless Woman - Lucrecia Martel, 2008)
88. Diqqət mərkəzi (Spotlight - Tom McCarthy, 2015)
87. Amélie (Jean-Pierre Jeunet, 2001)
86. Cənnətdən uzaqda (Far From Heaven - Todd Haynes, 2002)
85. Peyğəmbər (A Prophet - Jacques Audiard, 2009)
84. O qadın (Her - Spike Jonze, 2013)
83. Süni zəka (A.I. Artificial Intelligence - Steven Spielberg, 2001)
82. Ciddi adam (A Serious Man - Joel and Ethan Coen, 2009)
81. Ayıb (Shame - Steve McQueen, 2011)
80. Qayıdış (The Return - Andrey Zvyagintsev, 2003)
79. Az qala məşhur (Almost Famous - Cameron Crowe, 2000)
78. Wall Street canavarı (The Wolf of Wall Street - Martin Scorsese, 2013)
77. Skafandr və kəpənək (The Diving Bell and the Butterfly - Julian Schnabel, 2007)
76. Dogville şəhəri (Dogville - Lars von Trier, 2003)
75. Anadangəlmə aludəçilik (Inherent Vice - Paul Thomas Anderson, 2014)
74. Araqarışdıranlar (Spring Breakers - Harmony Korine, 2012)
73. Qürubdan əvvəl (Before Sunset - Richard Linklater, 2004)
72. Yalnız sevənlər sağ qalır (Only Lovers Left Alive - Jim Jarmusch, 2013)
71. Tabu (Miguel Gomes, 2012)
70. Danışdığımız hekayətlər (Stories We Tell - Sarah Polley, 2012)
69. Carol (Carol - Todd Haynes, 2015)
68. Tenenbaumlar ailəsi (The Royal Tenenbaums - Wes Anderson, 2001)
67. Mina (The Hurt Locker - Kathryn Bigelow, 2008)
66. Yaz, yay, payız, qış…(Spring, Summer, Fall, Winter…and Spring - Kim Ki-duk, 2003)
65. Akvarium (Fish Tank - Andrea Arnold, 2009)
64. Möhtəşəm gözəllik (The Great Beauty - Paolo Sorrentino, 2013)
63. Turin atı (The Turin Horse - Béla Tarr and Ágnes Hranitzky, 2011)
62. Şərəfsiz əclaflar (Inglourious Basterds - Quentin Tarantino, 2009)
61. Mənim yerimə olsaydın (Under the Skin - Jonathan Glazer, 2013)
60. Əsrin işığı (Syndromes and a Century - Apichatpong Weerasethakul, 2006)
59. Zorakılığın tarixi (A History of Violence - David Cronenberg, 2005)
58. Qız sünnəti (Moolaadé - Ousmane Sembène, 2004)
57. Gecə 00:30-da (Zero Dark Thirty - Kathryn Bigelow, 2012)
56. Werckmeister harmoniyası (Werckmeister Harmonies - Béla Tarr, director; Ágnes Hranitzky, co-director, 2000)
55. Ida (Paweł Pawlikowski, 2013)
54. Bir vaxtlar Anadoluda (Once Upon a Time in Anatolia - Nuri Bilge Ceylan, 2011)
53. Moulin Rouge! (Baz Luhrmann, 2001)
52. Tropik xəstəlik (Tropical Malady - Apichatpong Weerasethakul, 2004)
51. Başlanğıc (Inception - Christopher Nolan, 2010)
50. Qatil (The Assassin - Hou Hsiao-hsien, 2015)
49. Danışmaq yoxdur (Goodbye to Language - Jean-Luc Godard, 2014)
48. Brooklyn (John Crowley, 2015)
47. Leviafan (Leviathan - Andrey Zvyagintsev, 2014)
46. Təsdiqli surət (Certified Copy - Abbas Kiarostami, 2010)
45. Mavi ən isti rəngdir (Blue Is the Warmest Color - Abdellatif Kechiche, 2013)
44. 12 illik əsarət (12 Years a Slave - Steve McQueen, 2013)
43. Melanxoliya (Melancholia - Lars von Trier, 2011)
42. Sevgi (Amour (Michael Haneke, 2012)
41. Kəlləmayallax (Inside Out - Pete Docter, 2015)
40. Qozbel dağ (Brokeback Mountain - Ang Lee, 2005)
39. Yeni dünya (The New World - Terrence Malick, 2005)
38. Allahın şəhəri (City of God - Fernando Meirelles and Kátia Lund, 2002)
37. Bunmi dayı (Uncle Boonmee Who Can Recall His Past Lives - Apichatpong Weerasethakul, 2010)
36. Timbuktu (Abderrahmane Sissako, 2014)
35. Pusquda duran pələng, marığa yatan əjdaha (Crouching Tiger, Hidden Dragon - Ang Lee, 2000)
34. Saulun oğlu (Son of Saul - László Nemes, 2015)
33. Qara cəngavər (The Dark Knight - Christopher Nolan, 2008)
32. Başqalarının həyatı (The Lives of Others - Florian Henckel von Donnersmarck, 2006)
31. Margaret (Kenneth Lonergan, 2011)
30. Oldboy (Park Chan-wook, 2003)
29. WALL-E (Andrew Stanton, 2008)
28. Danış onunla (Talk to Her - Pedro Almodóvar, 2002)
27. Sosial şəbəkə (The Social Network - David Fincher, 2010)
26. 25-ci saat (25th Hour - Spike Lee, 2002)
25. Yadigar (Memento - Christopher Nolan, 2000)
24. Usta (The Master - Paul Thomas Anderson, 2012)
23. Saxlanc (Caché - Michael Haneke, 2005)
22. Tərcümədə itən məna (Lost in Translation - Sofia Coppola, 2003)
21. Grand Budapest oteli (The Grand Budapest Hotel - Wes Anderson, 2014)
20. Məcaz (Synecdoche, New York - Charlie Kaufman, 2008)
19. Dəli Max (Mad Max: Fury Road - George Miller, 2015)
18. Ağ lent (The White Ribbon - Michael Haneke, 2009)
17. Xeyirxah ruhun labirinti (Pan's Labyrinth - Guillermo Del Toro, 2006)
16. Müqəddəs maşınlar (Holy Motors - Leos Carax, 2012)
15. 4 ay, 3 həftə və 2 gün (4 Months, 3 Weeks and 2 Days - Cristian Mungiu, 2007)
14. Qətl aktı (The Act of Killing - Joshua Oppenheimer, 2012)
13. İnsan övladları (Children of Men - Alfonso Cuarón, 2006)
12. Bəxt bürcləri (Zodiac - David Fincher, 2007)
11. Llewyn Davis-in içindəkilər (Inside Llewyn Davis - Joel and Ethan Coen, 2013)
10. Burda qocalara yer yoxdur (No Country for Old Men - Joel and Ethan Coen, 2007)
9. Ayrılıq (A Separation - Asghar Farhadi, 2011)
8. Yi Yi: Bir və iki (Yi Yi: A One and a Two - Edward Yang, 2000)
7. Həyat ağacı (The Tree of Life - Terrence Malick, 2011)
6. Qüsursuz zəkanın əbədi nuru (Eternal Sunshine of the Spotless Mind - Michel Gondry, 2004)
5. Oğlan çağı (Boyhood - Richard Linklater, 2014)
4. Ruhlar dünyasında (Spirited Away - Hayao Miyazaki, 2001)
3. Qanlar axacaq (There Will Be Blood - Paul Thomas Anderson, 2007)
2. Sevgi ovqatında (In the Mood for Love - Wong Kar-wai, 2000)
1. Mulholland şosesi (Mulholland Drive (David Lynch, 2001)