Azərbaycan Dövlət Musiqili Teatrı dekabr ayı üçün repertuar planını açıqlayıb.
Qurumun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Musiqili Teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraqla izlədikləri tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Amerikalı kürəkən”, “Toya bir gün qalmış”, “www.ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Mən dəyərəm min cavana”, “Qısqanc ürəklər” və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Fransızsayağı qarnir”, “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Qırmızıpapaq”, A.Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar”, “Meşə çaqqalsız olmaz” və başqa səhnə əsərlərini izləyə biləcəklər.
Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın tamaşaçılar sevimli gülüş ustalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarında və “ASAN xidmət” mərkəzlərində əldə etmək olar.