13 Yanvar 2017 17:42
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 12-dən 15-dək Rusiya Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operasının premyerası olacaq.

Teleqraf.com xəbər verir ki, aprelin 12-də və 14-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov (tenor) ifa edəcək. Bu tamaşada Yusif Eyvazov, həmçinin aprelin 13-də və 15-də müvafiq obrazda çıxış edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İtaliyada Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib. Y.Eyvazov Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.


Müəllif:

Oxşar xəbərlər