10 Aprel 2017 18:19
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında görkəmli bəstəkar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub.

Bəstəkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, əsər Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw”un həyata keçirdiyi müxtəlif dinlərə məxsus "Passions" - “İlahilər” layihəsi çərçivəsində ərsəyə gəlib.

Təşkilat tərəfindən dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib.

“NASİMİ Passion” əsərinin məşqləri bir neçə aydır dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılıb.

Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib.

Firəngiz Əlizadə bildirib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər