- Aygün xanım, məlumata görə, gələcək həyat yoldaşınız telekanalda çalışır. Bu xəbər düzdürmü?
- Xeyr, telekanalda işləmir. İş adamıdır.
- Ailə qurmaq xəbərini gizli saxladınız. “Hə” mərasiminiz nə zaman baş tutub?
- Hər şey tez bir zamanda baş verdi.
- Eşitdiyimizə görə, “kapriz”li xanımsınız. Sizi evlənməyə necə razı sala bildilər?
- Bu, Allahın qismətidir. Xanım “kapriz”li olmalıdır. Özünü müdafiə üçün belə lazımdır.
- Gələcək həyat yoldaşınızın hansı özəlliyi sizi cəlb etdi?
- İlk öncə yaxşı insan olması, savadlı və sənətimə olduqca böyük dəyər verməsi diqqətimi çəkdi.
- Toyunuz mediaya qapalı olacaq?
- Bəli, toyum mediaya bağlı olacaq. Bu, tək mənim yox, hər ikimizin istəyidir.
Rəqsanə