5 İyul 2017 12:47
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı tanınmış rejissor Kənan M.M-dir.

Öləcəyinizi bilsəydiniz, son dəfə:

- ...nə düşünərdiniz?

- Yalnız dua edərdim ki, Allah günahlarımı bağışlasın... Başqa heç nə!

- ...hansı yeməyi yeyib, hansı içkini içərdiniz?

- Pomidor- yumurta və nar şirəsi.

- ...kiminlə görüşmək istəyərdiniz?

- Bütün doğmalarımla!

- ...hansı ölkəyə getmək istərdiniz?

- ABŞ-a, Hollivuda.

- ...kimi öpərdiniz?

- Doğma bildiyim hər kəsi.

- ...kimi güldürərdiniz?

- Balaca qızımı.

- ...hansı musiqiyə qulaq asardınız?

- Azərbaycanın himninə!

- ...kimə və nə hədiyyə alardınız?

- Hm..... Əgər düşünüb cavab verirəmsə, deməli, heç kimə heç nə alan deyiləm.

- ...kimə nə deyərdiniz?

- Qalanlara deyərdim ki, ağıllı olun!

- Son kəlmələriniz nə olardı?

- Kəlmeyi-şəhadət...


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər