Teleqraf.com-un “Ölümqabağı” layihəsinin bugünkü qonağı “Kristal” qrupunun rəhbəri Mədinə Məlikdir.
Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:
- …nə düşünərdiniz?
- İstəyərdim ki, yarımçıq qalan planlarımı tez-bazar həll edib yoluna qoyum. Təbii ki, məndən sonra ailəmə xeyri dəyəcək işlərimi... Bir də Allahdan günahlarımın silinməsini istəyərdim.
- ...hansı yeməyi yeyib hansı içkini içərdiniz?
- Heç vaxt spirtli içki içmədiyim üçün doğramac içərdim... Kababla...
- …Son dəfə rəhbəri olduğunuz “Kristal” qrupunun qızlarına nə deyərdiniz?
- Yenə də deyərdim ki, ağıllı olun, ağıllı olun və ağıllı olun.
- …hansı ölkəyə getmək istərdiniz?
- Seçim qarşısında qalsaydım, ya Fransaya, ya İtaliyaya gedərdim.
- …son kəs kimi öpərdiniz?
- Anamla, balamı...
- …kimi özünüzlə aparmaq istəyərdiniz?
- Heç kimi... Hərənin o dünyaya öz yolu və öz vaxtı var. Hamı gedəcək.
- …kimə nə etiraf edərdiniz?
- Komplekssiz adam olduğum üçün hamıya hər şeyi üzünə deyirəm. Heç kəsə etiraf edəcək bir sözüm yoxdur.
- …kimə və nə hədiyyə alardınız?
- Oğluma ən çox istədiyi hədiyyəni alardım.
- …pullarınızı kimə verib gedərdiniz?
- Anama...
- Son geyiminiz nə rəngdə olardı?
- Bilsəm ki, ölürəm, yay da olsa, qış da olsa ağ geyinərəm.
- Son 3 kəlməniz nə olardı?
- Allah... Allah... Allah...