Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, İrəm Dəriçi Harun Kolçakın “Gir qanıma” mahnısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib.
Uşaqlıqdan bəri heyran olduğu Kolçakın onun üçün böyük sənətkar olduğunu deyən Dəriçi ağlamağa başlayıb.
İrəm Dəriçi son günlər mediada haqqında çıxan xəbərlərə də münasibət bildirib:
“Sıx qrafiklə çalışdığım üçün həddindən artıq yorulmuşam. Həkim mənə 15 gün dincəlməlisən deyə təkid etsə də, bu işi sevirəm”.
Məşhur müğənni daha sonra Mustafa Cecəli ilə “Qiymətlim” mahnısını duet olaraq ifa edib.
İrəm Dəriçi Mustafa Cecəli haqqında da danışıb:
“Eyni anadan dünyaya gəlməsək də, öz qardaşım qədər onu çox sevirəm. Onunla duetin isə ilin sonuna kimi ən çox dinlənən mahnılardan biri olacağına inanıram”.