Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonağı xalq artisti Simarə İmanova olub.
Çoxdandı efirlərdə görünməyən sevilən xanəndə musiqimizin bu günündən danışıb.
“Bu gün meydan bayağı musiqi ifaçılarının olsa da, xalqın gözü tərəzidir. Müəyyən bir vaxtdan sonra, hamı bir-bir ələnəcək. Zaman göstərəcək ki, kimlər tarixdə qalır, kimlər yox. Pis olmalıdır ki, yaxşının da qədri bilinsin. Bizim xalqımız isə, pisi yaxşıdan ayıra bilir. Həmişə belə olub, olacaq da. Biz sənətə gələndə sənəti düşünürdük. İndikilər ancaq toy haqda düşünürlər. Bu ifaçılara görə toylarımız da bayağılaşıb”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.