27 Dekabr 2017 08:16
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusiyanın paytaxtı Minskdə VIII Beynəlxaq Yeni il Opera forumu keçirilib.

Teleqraf.com xəbər verir ki, forum çərçivəsində dünyaca məşhur opera müğənnilərinin qala konserti təşkil edilib.

12 ölkənin - Belarusiya, Bolqarıstan, Fransa, Ukrayna, Litva, Qazaxıstan, Meksika, Rusiya, Gürcüstan, Bolqarıstan, Ermənistan, Ukrayna, Kanada ilə yanaşı Azərbaycanın opera müğənniləri - Azərbaycanın və Dağıstanın xalq artisti Azər Zeynalov, Azərbaycanın əməkdar artistləri Afaq Abbasova, İlham Nəzərov da konsert proqramı ilə çıxış edib.

Belarusiyanın Böyük Teatrının simfonik arkestri və xor qrupları müşayiət edib.

Qala konsertdə iki məşhur drijor Rusiyadan Andrey Qalanov, İtaliyadan isə Canluka Marçano iştirak edib.


Müəllif: Sara