24 Yanvar 2018 18:13
2 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə istehsalı olan “Stalinin ölümü” filminin Rusiyada göstərilməsi qadağan edilib.

Teleqraf.com xəbər verir ki, film bazar ertəsi günü nümayiş etdirilib. Filmi rusiyalı deputatlar və səlahiyyətli şəxslər də izləyib. Qadağa qərarı da bundan sonra çıxarılıb.

Filmi izləyən Rusiya Mədəniyyət Nazirliyinin mətbuat katibi Yuri Polyakov bildirib ki, bu film ideoloji savaşı təbliğ edən mesajlarla zəngindir.

Dumanın mədəniyyət komitəsinin sədr müavini Elena Drapekova isə deyib ki, həyatında bu qədər iyrənc film görməyib.

Qeyd edək ki, Rusiyada “Stalinin ölümü” filminin bu gün kütləvi şəkildə nümayiş etdirilməsi gözlənilirdi. Ancaq məlum olub ki, bu? Rusiya tərəfindən rədd edilib.

Rusiya Mədəniyyət Nazirliyi bəyan edib ki, bu filmi Rusiyada təbliğ edəcək və satacaq “Volqa” şirkətinə qərarla bağlı məlumat çatdırılıb.

Qeyd edək ki, filmdə SSRİ lideri İosif Stalinin 1953-cü ildə ölməsindən sonra Kremlidə baş verən daxili qarşıdurmalardan bəhs olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər