8 Fevral 2018 18:59
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

3-4 dəqiqəlik mahnını şişirdib, əsər kimi camaata təqdim edirlər.

Bu sözləri müğənni və cazmen Cavan Zeynallının həyat yoldaşı Röya xanım Teleqraf.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müğənnilər mahnılarını həddən artıq reklam etməməlidir:

“Onsuz da müğənninin işi mahnı oxumaqdır. Ancaq o qədər özlərini tərifləyirlər ki, elə bil, yeni nəsə ixtira ediblər. 3-4 dəqiqəlik mahnı şişirdilib, əsər kimi camaata təqdim olunur. Öz işini bu qədər tərifləmək doğru deyil. Sənin işini tamaşaçı bəyənməlidir.

Hələ bir müddət öncə dəbdə idi, müğənnilər restoranlarda qonaqlıq verib, yeni işlərinə təqdimat keçirirdi. Sonradan gördülər ki, bu cür təmtəraqlı təqdimatlar da lazımsızdır. Bu sahədə bir az ciddilik olsa, pis olmaz”.

Dəvət olunduğu bəzi efirlərdə aparıcıların müğənniyə hörmətsizliyinə də toxunan xanımı gileyini bildirib:

“Demək olar ki, canlı korifeylərimiz az qalıb. Onlara dəyəri ölüb gedəndən sonra verməyək. Çox gözəl deyiblər: “Sağlığında qiymət verin insanlara”.

Cavan müəllim illərin sənətkarıdır. Bu yaşında gözlədiyi diqqəti görmür və bu onu çox təəccübləndirir. İllərdi qazandığı uğurlar göz önündədir. Dəvət olduğu efirlərdə Cavan müəllim qalır kənarda, yeni çıxan müğənnilərə isə çox diqqət ayrılır. O müğənnilər tez oxuyub gedirlər ki, işimiz var.

Cavan Zeynallını isə dəvət etdikləri yerdə çox gözlədirlər. Hətta bir dəfə veriliş başlamamışdan öncə elə bir ifadə işlətmişdilər ki, Cavan müəllim verilişdə iştirak etməmişdi. Mən də ona dedim ki, halal olsun. Çünki özünə hörmət edən insandır. O cür efirlərə çıxmasa yaxşıdır”.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər