5 Aprel 2018 15:21
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həqiqəti də deməsəm olmaz ki, o vaxt (1987-ci ildə - red.) Mərkəzi Komitənin Birinci katibi Kamran Bağırov mənim seçilməyimi istəyirdi.

Çox illər sonra bir sirri açmağın da zamanı yetişib. Plenum ərəfəsi MK nın başqa bir katibi Həsən Həsənov mənə: sədr seçmək məsələsi ortaya çıxsa sənin namizədliyini yazıçılardan kim təklif edə bilər? - deyə soruşdu. Bir an da tərəddüd etmədən: -Əkrəm Əylisli - dedim, Həsən müəllim Əkrəm Əylisliyə telefon etdi, məsələdən agah etdi və soruşdu: səncə İsmayıl müəllimin ərizəsinə Plenum razılıq versə, onun yerinə kim namizəd ola bilər? O biri telefonla Həsən müəllim mənimlə əlaqə yaratmışdı və Əkrəmin cavabını başqa telefondan eşitdim: - Əlbəttə Anar - dedi Əkrəm. Bunu unutmuram, amma bir az komik məqam da yadımda qalıb. Bu cavabdan dərhal sonra Əkrəm Həsən müəllimdən xahiş etdi ki, onun Əylisdə tikdirdiyi evə bir maşın daş göndərmək lazımdır. Həsən müəllim sevincək:-Əşşi bu asan məsəldir, - dedi-sən bu təklifi plenumda ver”.

Report-un xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar “Otuz il” adlı məqaləsində yazıb.

O əlavə edib ki, doğrudan da, Plenumda bu təklifi ilk olaraq Əkrəm səsləndirib, sonra Tofiq Bayram, İsi Məlikzadə, İsa İsmayılzadə Anarın namizədliyimi dəstəyiblər.

“Otuz il keçib o gündən, çox şey dəyişib, ədəbi-ictimai həyatda da, insan münasibətlərində də...”, - deyə, Anar əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər