14 Avqust 2014 11:50
2 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya paytaxtının ən nüfuzlu müasir incəsənət muzeylərindən biri olan “Maxxi”də nümayiş olunan heykəl böyük qalmaqala səbəb olub.

“BBC” xəbər verir ki, Romanın ən populyar muzeyi “Maxxi”də ötən ilin dekabrından etibarən “Xatırlamaq kifayət deyil” adlı sərgi keçirilir. Sərgidə ingiltərəli heykəltəraşlar Ceyk və Dinos Çapmanın “Piggyback” heykəli də nümayiş olunur.

Qalmaqalları ilə məşhur olan Çapman qardaşlarının 1997-ci ildə ərsəyə gətirdiyi əsərdə bir-birinin belində oturan iki balaca qız təsvir olunub. Əyinlərində təkcə ayaqqabı olan qızlardan birinin əlində kişi cinsiyyət orqanı var.

Muzeyə baş çəkən valideynlərin şikayətlərindən sonra uşaq hüquqlarının müdafiə komitəsi hərəkətə keçib və heykəlin muzeydən çıxarılmasını tələb edib.

"Piggyback" adlanan heykəli “uşaq pornoqrafiyası” adlandıran hüquq müdafiəçiləri Mədəniyyət və Turizm narizi Dario Françesçiniyə də müraciət ediblər.

Əsər ötən həftə sərgi eksponatları arasından çıxarılıb. Heykəlin muzeydən aparılmasından sonra da mübahisələr səngimək bilməyib. Uşaq hüquqlarının müdafiə komitəsi bunu qələbə adlandırsa da, sənətçilər bu hadisəni senzura kimi dəyərləndirib.

/1937.az/


Müəllif:

Oxşar xəbərlər