Azərbaycanlı meyxanaçı Samirə Yusifqızı oğlu Fəridin ad günün qeyd edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı 31 yaşını qeyd edən oğlu ilə ilk dəfə şəklini sosial şəbəkədə paylaşıb.
Bir çoxları müğənninin oğlunun yaşlı göründüyünü qeyd edib. Samirə isə dərhal bu şərhə cavab yazıb: “Mənim 50 yaşım var. 19 yaşımda ailə qurmuşam. Necə ola bilər ki, oğlum böyük olsun? Onun üzündən bilinir ki, cavandır”.
Qeyd edək ki, Samirə Yusifqızı avqust ayında oğluna nişan etmişdi. Müğənninin oğlundan savayı bir qızı da var.