İspaniyanın Lloret de Mar şəhərində beynəlmiləl mədəniyyət tədbirlərinin təşkilatçısı – “Fiestalonia Milenio” şirkəti tərəfindən "Mediterranean Legends" (Aralıq dənizi əfsanələri) adlı beynəlxalq festival-müsabiqə keçirib.
Teleqraf.com xəbər verir ki, dünyanın 5 qitəsindən 50-dən artıq ölkənin istedadlı nümayəndələrinin qatıldığı, Aralıq dənizi sahilində, açıq səma altında düzənlənən bu yarışmada Azərbaycanı Musiqili Teatrın orkestr artisti, Respublika və beynəlxalq müsabiqələr lauteatı Atabəy İsmayılov təmsil edib.
Atabəy beynəlxalq tədbirin yeganə azərbaycanlı iştirakçısı olub.
Avropada lider olan “Fiestalonia Milenio” şirkətinin rəhbəri və təşkilatçısı David Çaparidze tərəfindən rəsmi dəvət olununan Atabəy İsmayılov müsabiqədə ona verilən 10 dəqiqəlik zaman kəsiyində tarda milli muğamlarımızdan parçalar və "Çahargah Rapsodiyası" (Həsən Rzayev) əsərini ifa edib, “İnstrumental alətlərdə ifa” nominasiyasında IV kateqoriya (16-19 yaş) üzrə 1 – ci yerə layıq görülüb.
5 müxtəlif musiqi alətində - tar, fortepiano, bass gitara, violençel, kontrabassda mükəmməl ifa edən Azərbaycan Milli Konservatoriyasının 3-cu kurs tələbəsi hazırda Musiqili Teatrda orkest artisti və drijor assistenti kimi çalışır.