Bu gün Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Məqam” adlı yeni tamaşanın premyerası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tamaşa gürcü müəllifi Gela Dumbazdzenin “Gecə qonağı” əsəri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Aysel Əmiraslanovadır. Janrı “əcəl oyunu” kimi müəyyənləşdirilmiş tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edirlər.
Tamaşanın ikinci premyerası sabah saat 17.00-da Akademik Milli Dram Teatrının kiçik səhnəsində olacaq.
Nərmin