Azərbaycanın sevimli şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin anım günü keçirilib.
Teleqraf.com-un məlumatına görə, ənənəvi mərasim şairin Bakıdakı abidəsi önündə başlayıb və Xızıdakı "Müşfiq ocağı"nda davam etdirilib.
Tədbirdə şair və yazıçılar - Vaqif Bəhmənli, Tofiq Nurəli, Firidun Qurbansoy, Nəcməddin Mürvətli, Rafiq Hacılı, Ofelya Babayeva, ictimaiyyət nümayəndələri iştirak edib.
Builki tədbir maraqlı yeniliklə yadda qalıb. "Müşfiq ocağı"nda şair Tofiq Nurəlinin yeni çapdan çıxmış, yalnız sevgi şeirlərinin toplandığı “Darıxan nəğmələr" kitabı oxuculara təqdim edilib. Bu, iştirakçılar tərəfindən Tofiq Nurəlidən Mikayıl Müşfiqin ruhuna töhfə kimi qiymətləndirilib.
Tofiq Nurəlinin "Darıxan nəğmələr" kitabının təqdimatı ilə Müşfiq günləri üçün yeni ənənənin əsası qoyulub. Bundan sonra belə tədbirlərdə Müşfiq ruhlu təzə şeir kitablarının təqdimatı qərara alınıb. Yenilik tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.