Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, respublikanın əməkdar artisti, məşhur bədii qiraət ustası Ağalar Bayramovun doğum günüdür. Əməkdar artist 66-cı ad gününü qeyd edir.
1954-cü ildə Ucar rayonunda doğulan Ağalar Bayramov “İlin ciddi sənətçisi” (2001) və “Qızıl qılınc” (2003) mükafatlarının sahibidir. Bir çox filmdə rol alan sənətçi Azərbaycanın bir çox şairlərinin yüzlərlə şeirlərini səsləndirib.
Əməkdar artist 66 yaşının tamamı ərəfəsində Teleqraf.com-a vedio-müahibə verib. Müsahibədə o, həyat və yaradıcılığına dair sualları cavablandırıb.
Video-müsahibəni təqdim edirik: