18 Fevral 2020 22:43
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəliyevin "SPEKTRUM" adlı fərdi foto-sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, əsasən sənədli, təbiət, portret, astrofotoqrafiya və tarix fotojanrlarına üstünlük verən 1993-cü il təvəllüdlü Xaliq Vəliyev Şəmkir rayon sakinidir. Rayonun Regional Mədəniyyət İdarəsində və Azərbaycan Skautlar Assosiasiyasında könüllü fotoqraf kimi fəaliyyət​ göstərən Xaliq "Baku Photo" və "Azərbaycanım" adlı fotomüsabiqənin finalçılarından olub. Bundan başqa o, 2019-cu ildə YUNESKO-nun 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən ''İpək yolu gənclərin gözü ilə'' adlı beynəlxalq fotosərgidə yayımlanan ''Gənc musiqiçi'' adlı portretlə Azərbaycanı təmsil edib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi gənc fotoqraflara dəstək olur.

Sərgi 1 mart tarixinədək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər