2 Oktyabr 2014 15:29
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Ağayeva yenə Suradan yazıb.

Teleqraf.com xəbər verir ki, bu gün istedadlı müğənni, bəstəkar Sura Əsgərlinin ölümündən 40 gün ötür. Bu münasibətlə Tünzalə Ağayeva “Facebook” səhifəsində onu yad edib: “Əzizim Sura, məkanın cənnət İnşallah. Artıq bu dünyadan 40 gün oldu sən gedəli…İçimdə boşluq buraxdın getdin, minlərlə insanları sarsıtdın getdin. Səni tanımayan insanlar Allahdan rəhmət dilədilər sənin üçün, burden həmin o kəslərə sonsuz Şükranlarımı, minnətdarlığımı və duamı çatdırıram. Allah hər kəsdən razı olsun, amin.

Sənə elə bir saf, özün kimi işıqlı xatirə qoydun özündən sonra…Bir də mənə etdiyin şeirlərini..Sənin üçün edəcəyim iki şey var 1-dualarımdır, 2-ci şeirini yazacağım mahnımda səni yaşatmaqdır. Şükürlər olsun Rəbbimizə səninlə son telefon danışığımızda “Sən tanımadığım doğmammısan?! Şeirinə musiqi bəstələmişəm dedim, sən də utanaraq “hocam bu şeirimə mən də melodiya yazmışam, bes necə olacaq?!” deyə soruşdun…Mən də gülümsəyərək “nə olar Sura, bir şeirin iki mahnısı olar” dedim. Amma yetişmədim sənin yazdığın melodiyanı eşitməyə…Apardın özünlə…Mən isə söz verirəm “Sən tanımadığım doğmammısan” mahnını yazıb oxumağa, qismət səni bu mahnıda yaşatmaqmış…Allah rəhmət eləsin”.

Qeyd edək ki, Sura Əsgərli avqust ayının 24-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər